Blinken Misir Prezidenti ilə Qəzzakı girovların azad edilməsini müzakirə edib



ABŞ dövlət katibi Antoni Blinken Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə HƏMAS-ın əlində olan girovların azad edilməsi və Fələstin-İsrail münaqişəsinin həlli üsulları barədə müzakirə aparıb.


Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında bildirib.


“Blinken və Prezident əs-Sisi qalan bütün girovların azad edilməsi üçün davam edən səyləri müzakirə ediblər”, - M.Miller deyib.


Blinken, həmçinin Yəməndəki husi üsyançılarının Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının və münaqişənin bütün regiona yayılmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.



Report

Şərhlər
Siyasət bölməsinin xəbərləri