Pentaqon Suriyada müttəfiqlər olmadan müharibə aparmaqdan imtina edib

ABŞ Suriyada yalnız beynəlxalq koalisiyanın tərkibində hərbi əməliyyatlar aparacaq.

APA-nın məlumatına görə, bu bəyanatla ABŞ-ın müdafiə naziri Çak Heygel çıxış edib.

“Prezident Obamanın hədəfi budur. Qərarın necəliyindən asılı olmayaraq, bu, beynəlxalq əməkdaşlıq olacaq. Vaşinqton müttəfiqlər axtarmaqda davam edir. Biz bundan sonra da Böyük Britaniya ilə danışıqları davam etdirmək niyyətindəyik”.

Xatırladaq ki, bundan əvvəl bir sıra ABŞ kütləvi informasiya vasitələri Obama administrasiyasındakı mənbəyə istinadən Vaşinqtonun Suriyaya təkbaşına zərbələr endirəcəyi barədə məlumatlar yayıblar. Bu məlumat Britaniya parlamentinin Əsəd rejiminə qarşı təkbaşına hərbi əməliyyatdan imtina qərarından sonra yayılıb. Bundan başqa NATO-ya üzv 12 dövlət BMT Təhlükəsizlik Şurasının razılığı olmadan bu müharibədə iştirakdan imtina edəcəklərini açıqlayıblar.
Şərhlər
Dünya bölməsinin xəbərləri