“Apple” yenidən dünyanın ən dəyərli markası olub



ABŞ-ın “Apple” korporasiyası 1 illik fasilədən sonra yenidən dünyanın ən dəyərli markası olub.


Bu barədə beynəlxalq brendlərin qiymətləndirilməsini həyata keçirilən “Brand Finance” təşkilatının "Global500" - Dünyanın Ən Dəyərli 500 Brendi 2024" araşdırmasında bildirilir.


Sənədə əsasən, bu il "Apple”ın dəyəri ötən illə müqayisədə 74 % artıraraq 516,6 milyard ABŞ dollarına çatıb.


Bundan əvvəl “Apple” 2021-2022-ci illərdə dünyanın ən dəyərli markası seçilmişdi. 2023-cü ildə isə ABŞ-ın “Amazon” şirkəti onu geridə qoymuşdu.


Dünyanın ən dəyərli markaları arasında ilk 10-luqda “Apple”ı “Microsoft” (340,4 milyard ABŞ dolları), “Google” (333,4 milyard ABŞ dolları), “Amazon” (308,9 milyard ABŞ dolları), “Samsung” (99,4 milyard ABŞ dolları), “Walmart” (96,8 milyard ABŞ dolları), “Tiktok” (84,2 milyard ABŞ dolları), “Facebook” (75,7 milyard ABŞ dolları), “Deutsche Telekom” (73,3 milyard ABŞ dolları) və ICBC bankı (71,8 milyard ABŞ dolları) izləyir.


Hesabat dövründə "dünyanın ən dəyərli markası" sıralamasında ilk 500 şirkətin 40,6 %-i və yaxud 203-ü ABŞ-a, 13 %-i və yaxud 65-i Çinə, 6,6 %-i və yaxud 33-ü Yaponiyaya, 6,4 %-i və yaxud 32-si Fransaya, 28-i və yaxud 5,6 %-i Almaniyaya, 20-si və yaxud 4 %-i isə Böyük Britaniyaya, 119-u və yaxud 23,8 %-i isə digər ölkələrə məxsusdur.


Dünyanın ən dəyərli 500 markasının 71-i bank, 53-ü pərakəndə ticarət, 49-u texnologiya sektorunda, 327-si isə digər sektorlarda fəaliyyət göstərir.




Report

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri