«Azərpoçt» ilin sonuna kimi plastik kartlarının sayını artıracaq

«Azərpoçt» ilin sonuna kimi plastik kartlarının sayını artıracaq Azərbaycanın milli poçt operatoru «Azərpoçt» MMC bu ilin sonuna kimi buraxdığı plastik ödəniş kartlarının sayını artırmaq niyyətindədir.

APA-nın məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədovun verdiyi məlumata əsasən, bu günədək «Azərpoçt» tərəfindən 12 min kart buraxılıb: «Bu kartların əksəriyyəti rabitə müəssisələrinin işçilərinin əmək haqlarının verilməsi üçün buraxılıb. Sifarişçilər içində 2-3 kənar şirkətlər də var. Bu ilin sonuna kimi daha 1 000-dək kart buraxılması nəzərdə tutulur».

N.Məmmədovun sözlərinə görə, hazırda «Azərpoçt» MMC-nin regionlarda və Bakıda quraşdırdığı bankomatların sayı 14, POS-terminalların sayı isə 120 ədəd təşkil edir: «Bankomatların və POS-terminalların sayını artırmaq istəyirik, lakin bu qurğuların şəbəkəsini genişləndirmək müəyyən vəsait tələb edir».
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri