“Fənərbaxça” klubunu avrokuboklarda əvəzləyəcək komanda müəyyənləşib
- 30.08.2013, 15:36,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
UEFA-nın İşçi Qrupu iclasında avrokuboklardan kənarlaşdırılan Türkiyənin “Fənərbaxça” klubunu hansı komandanın əvəzləyəcəyi müəyyənləşib. APA-nın məlumatına görə, qərara əsasən həmin komandanın adı püşk vasitəsilə bəlli olub.
Bu hüquqa pley-off mərhələsində mübarizəni dayandıran 30 komandadan yalnız biri yiyələnməli idi. Həmin iştirakçılar arasında Azərbaycan təmsilçisi "Qarabağ" olsa da, püşk Qurban Qurbanovun yetirmələrinin üzünə gülməyib. Belə ki, Monakoda baş tutan püşkatmada Kiprin APOEL klubu sevinib.
Ötən il pley-off mərhələsində Azərbaycan çempionu “Neftçi” qarşısında aciz qalan ada təmsilçisi bu mövsüm Belçikanın “Zulte Varegem”ə yenilmişdi – 1:1 və 1:2. İndi isə bu iki komanda Avropa Liqasının qrupunda da rəqib ola bilər.
Qeyd edək ki, APOEL pley-offda uduzan 30 komanda arasında reytinqinə görə 4-cü komandadır. Onlar yalnız Almaniya “Ştutqart”ı, İtaliya “Uduneze”si və Rusiya “Spartak”ından geri qalır.