"Fitch" 2024-cü ilin iyuluna qədər Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanacağını proqnozlaşdırır



“Fitch Solutions” reytinq agentliyinin ("Fitch Group"un bir hissəsi) analitikləri hesab edirlər ki, Azərbaycan və Ermənistan 2024-cü ilin birinci yarısında sülh sazişi imzalaya bilər.


Bu barədə analitiklərin rəyində deyilir.


“Çox güman ki, sülh sazişinə Zəngəzur dəhlizinin yaradılması üzərində Azərbaycanın nəzarətinin gücləndirilməsi haqqında müddəalar daxil ediləcək”, - sənəddə qeyd edilib.


Onların fikrincə, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan qısa və ortamüddətli perspektivdə regional təhlükəsizliyini gücləndirib.




“Report”, “İnterfaks”

Şərhlər
Dünya bölməsinin xəbərləri