ABŞ-nin Suriyada hücumları nəticəsində azı 13 nəfər ölüb



ABŞ-nin Suriyanın şərqində iranyönlü silahlı qruplaşmaların cəmləşdiyi ərazilərə endirdiyi aviazərbələr nəticəsində azı 13 nəfər həlak olub.


Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.


Məlumata görə, bombardman nəticəsində iranyönlü qrupların azı 13 tərəfdarı həlak olub. Daha əvvəl 20-yə yaxın yaralının olduğu bildirilirdi. Qeyd olunurdu ki, döyüş təyyarələri Deyr əz-Zorda yerləşən iranyönlü birləşmələrin mövqelərinə üç hücum həyata keçirib.




Report

Şərhlər