Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi 80 %-ə yaxın artıb


2023-cü ildə Azərbaycanın dəmir yolları ilə 18 milyon tondan çox ümumi yük, 7 milyon tona yaxın tranzit yükü daşınıb.


LIVE.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.


Məlumata görə, 2022-ci illə müqayisədə Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi 80%-ə yaxın artıb.


Ötən il Şimal-Cənub dəhlizi üzrə Astara (İran) terminalının tikintisi işlərinin 60 %-i uğurla tamamlanıb. Ötən il bu terminalda 700 min tona yaxın yük aşırılıb. Həmçinin Azərbaycan Astarasında yaradılan yeni terminal sayəsində Şimal-Cənub dəhlizinin inkişafına töhfə verilib.


Beynəlxalq nəqliyyat bağlantısı olan Orta Dəhliz üzrə tranzit yüklərin həcminin artırılması və səmərəli idarə olunması məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolları arasında Birgə Müəssisə yaradılıb. Çin mənşəli yüklərin Orta Dəhlizlə Azərbaycan üzərindən daşınması bərpa olunub. Bu məqsədlə konteyner daşımalarının blok qatar şəklinə salınması və təyinatı üzrə birbaşa göndərilməsi təmin olunub. Çindən idxal və tranzit yükü ilə yola düşən konteyner blok qatarlar Orta Dəhlizlə ortalama 8-10 gün ərzində ölkəmizə çatıb ki, bu da ənənəvi marşrutlarla çatdırılma vaxtından təxminən iki dəfə (15-18 gün) azdır.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri