​​​​​​​“G7” ölkələrinin Rusiya aktivlərindən necə istifadə edəcəyi məlum olub


“G7” ölkələri Rusiyanın dondurulmuş aktivlərindən girov kimi istifadə etməklə Ukraynaya maliyyə yardımı üçün borc vermək niyyətindədir.


Bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.


Belə ki, Ukraynanı dəstəkləyən koalisiya Moskvadan borcun ödənilməsini tələb edəcək və bunu etməsə, Rusiyanın dondurulmuş suveren aktivləri müsadirə olunacaq.


Vəziyyətlə tanış olan rəsmilərin sözlərinə görə, belə bir təklif “G7” ölkələrinə Belçikadan daxil olub.


Qeyd olunub ki, iki dövlət artıq razılıqlarını ifadə edərək, bu metodun Rusiya Federasiyasının dondurulmuş əmlakının Ukraynanın xeyrinə açılmasının əsas variantı olduğunu bəyan ediblər.


Məqalədə deyilir ki, artıq iki dövlət bu məsələ ilə bağlı razılıq verib və bildiriblər ki, bu metod Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə istifadəsi üçün əsas variantdır. Digər tərəfdən təklif olunan plan Qərb ölkələrinə ziyanla bağlı Kiyevə verdikləri vədləri yerinə yetirməyə kömək edəcək.


Qəzetin məlumatını Belçikanın baş naziri Aleksandr De Kronun ötən ay verdiyi açıqlamalar da təsdiqləyir.



Report

Şərhlər
Dünya bölməsinin xəbərləri