Azərbaycan ikinci kosmik peykin buraxılması üçün qrant cəlb edib

Azərbaycan ikinci kosmik peykin buraxılması üçün qrant cəlb edib ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) Azərbaycanın ikinci telekommunikasiya peykinin buraxılması layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün «Azərkosmos» ASC-yə qrant ayıracaq.

Bu orbital peyk Azərbaycan, ətraf bölgələr və Afrikanın ərazisini əhatə edəcək. APA-nın USTDA-nın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qrantın ayrılması ilə bağlı saziş Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və USTDA-nın direktoru Leokadiya Zak tərəfindən imzalanıb.

Bu qrant «Azerspace-2» telekommunikasiya peykinin alınması, maliyyələşdirilməsi, buraxılması və istismarı ilə bağlı iqtisadi, texniki və maliyyə məsələlərinin müəyyənləşdirilməsinə imkan verəcək.

Qrantın məbləği açıqlanmır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri