Azərbaycanda iki dost dənizdə batıb

Bakıda dənizdə iki dost batıb.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xəzər dənizinin Şüvəlan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İki dost - 1981-ci il təvəllüdlü Anar Bağır oğlu Məmmədov və 1982-ci il təvəllüdlü Rəsul Nəriman oğlu Allahverdiyev dənizdə çimərkən batıblar.

Hər iki şəxsin cəsədi sudan çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza şöbəsinə təhvil verilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğundan araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri