Misirlə Qəzza zolağının sərhədində yerləşən “Rəfah” keçid məntəqəsində vəziyyət son dərəcə ağırdır.
Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Rəfah” nəzarət-buraxılış məntəqəsindəki vəziyyət artıq ağlasığmaz dərəcədə ağırdır. 1,3 milyon insan çox kiçik bir ərazidə hərbi əməliyyatlardan qorunmağa çalışır. İsrail ordusunun “Rəfah”a hücumu humanitar fəlakət olardı. Qəzzalılar havada yox ola bilməzlər”, - o yazıb.
Almaniya XİN başçısı vurğulayıb ki, İsrail özünü HƏMAS-ın terrorundan qorumalıdır, amma eyni zamanda mülki əhalinin əzabını mümkün qədər azaltmalıdır.
Report