“Beşiktaş” da avrokuboklardan kənarlaşdırılıb

“Beşiktaş” da avrokuboklardan kənarlaşdırılıb İdman Arbitraj Məhkəməsi (CAS) Türkiyənin “Beşiktaş” klubu ilə bağlı qərarını açıqlayıb. APA-nın məlumatına görə, CAS UEFA İntizam Komitəsinin İstanbul klubu ilə bağlı çıxardığı 1 il avrokuboklardan kənarlaşdırılma qərarını qüvvədə saxlayıb.

Beləliklə, “Beşiktaş” 2013/14 avrokubok mövsümündən kənarlaşdırılıb. Komanda dünən “Trömse” ilə mübarizədə Avroliqanın qrupuna düşməyi bacarsa da, yerini Norveç klubuna verməli olub.

UEFA-nın müvafiq qurumu iyulun 15-də “Beşiktaş”ı oyunları almaq iddiası ilə avrokuboklardan kənarlaşdırmışdı. Ancaq “Beşiktaş” tərəfi avqustun 20-də İsveçrənin Lozanna şəhərində CAS-a apellyasiya ünvanlamışdı. “Beşiktaş” pley-offda oyun keçirəcəyindən tərəflər qərarın İstanbuldakı matçın ertəsi açıqlanmağı barədə razılığa gəlmişdi.

Qeyd edək ki, CAS 2 gün öncə UEFA-nın “Fənərbaxça”nın avrokuboklardan kənarlaşdırılması haqda qərarı da qüvvədə saxlamışdı. Ancaq “sarı-lacivərdlilər”in cəzası “Beşiktaş”dan fərqli, 2 avrokubok mövsümünü əhatə edir.
Şərhlər
İdman bölməsinin xəbərləri