Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticəsini təsdiqləyib



Konstitusiya Məhkəməsi fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticəsini təsdiqləyib.


Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı elan edib.


Qərara əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib.


Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.

Şərhlər
Siyasət bölməsinin xəbərləri