Horadiz-Ağbənd dəmir yolu xəttinin tikinti işlərinin 48 %-i tamamlanıb



2021-ci ilin fevralın 14-də təməli qoyulmuş Horadiz – Ağbənd dəmir yolu xəttinin tikinti işlərinin 48 %-i tamamlanıb.


Bu barədə mediaya "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib.


Məlumata görə, ADY-nin işçi qatarları sözügedən dəmir yolu xəttinin Həkəri stansiyasına kimi hərəkət edə bilirlər.


Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xətti üzrə 9 stansiya, dəmir yollarının ən uzun – 23 aşırımlı, 771 metr uzunluğunda körpüsü, müstəqillik dövründə qapalı üsulla tikilən ilk dəmir yolu tuneli və ümumilikdə isə 500-ə yaxın süni mühəndis qurğusunun tikintisi həyata keçirilir.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri