"Sevgililər Günü”ndə Aslı Güngör Bakıda konsert proqramı ilə çıxış etdi



"Sevgililər Günü”ndə Aslı Güngör Bakıda konsert proqramı ilə çıxış etdi

Məşhur türkiyəli müğənni Aslı Güngör Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.O sevgililər gününə özəl Azərbaycana gəlib. Konsertin təşkilatçısı "Anadolu Events" şirkətidi.
Aslı Güngör konsertdən əvvəl jurnalistlərə açıqlama verib.

“Bakıya ilk gəlişimdir. Bakıya gəlmək çoxdanki arzumdu. Bakını çox bəyəndim, çox gözəl şəhərdir. Bu ölkənin insanları çox istiqanlı və gülərüzdür." Tanınmış müğənni səhnə giyimindən və konsert proqramındanda söz açdı: " Bu gece inanıram çox gözəl keçəcək. Ən sevilən mahnılarmı tamaşaçılarıma təqdim edəcəm. Azərbaycan mahnılarını çox sevirem. Bir neçəsini konsertimdə ifa edəcəm. Səhnə geyimimə gəldikdə isə kliplərimdə məni daha tünd və qara rəngli geyimlərdə görürsünüz , bugün isə tam fərqli obrazda səhnəyə çıxacam.Əslində mən daxilən rəngarəng xarakterli, əyləncəli biriyəm". Aslı eşq barəsindədə söz açdı:
"Nə gözəl ki, ilk gəlişim sevgililər gününə təsadüf edildi. Hamıya sevmək və sevilmək arzulayıram.Mənə görə, eşq hər şeyin özüdür. Hər şeyi qəlbimlə etməyə çalışıram. Qarşı layiqdirsə, mahnılarımdakı kimi "eşq hər şeyə dəyər".


Aslı Güngör konsertdə sevənlərinə sevgi dolu anlar yaşatdı. Ulduz ifaçı "Aşk Her Şeye Değer", "Kalp-Kalbe karşı", "Son Öpücük","Unutursun", “Söylenmemiş Sözler” kimi unudulmaz eşq mahnılarını səsləndirdi. Konsertdə azərbaycan mahnılarıda yer aldı:" Ayrılıq", "Bu qala daşlı qala" və s.


"Anadolu Events"-in təşkilatçılığı baş tutan konsert böyük anşlaqla keçdi və hamının zövgünə oxşadı.









Şərhlər
Şou-biznes bölməsinin xəbərləri