«Bulla-dəniz» yatağındakı qazma avadanlığının 40%-ə qədəri demontaj olunub

«Bulla-dəniz» yatağındakı qazma avadanlığının 40%-ə qədəri demontaj olunub Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzər dənizindəki «Bulla-dəniz» yatağında baş vermiş qəzanın aradan qaldırılması üzrə aparılan işlərlə bağlı növbəti açıqlama yayıb.


ARDNŞ-dən APA-ya verilən məlumata görə, «Bulla-dəniz» yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə aparılan işlər davam etdirilir. Görülmüş işlər nəticəsində quyudakı qazma avadanlığının ümumilikdə 35-40%-i demontaj olunaraq, özüldən gəmilərə yüklənib və sahilə çıxarılıb.


«Qəzanın aradan qaldırılması istiqamətində ARDNŞ və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən görülən tədbirlər nəzərdə tutulmuş iş planına uyğun olaraq davam etdirilir», - deyə şirkətdən bildirilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri