Peskov: Navalnının ölümü ilə bağlı Putinə məlumat verilib, onun ölüm səbəblərini həkimlər müəyyən etməlidirlər



Həkimlər Aleksey Navalnının ölümünün səbəblərini öyrənməlidirlər.


LİVE.az life.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.


Onun sözlərinə görə, Navalnının ölümü ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə məlumat verilib.


O, həmçinin qeyd edib ki, Federal Penitensiar Xidmət bütün yoxlamaları həyata keçirir: “Burada xüsusi göstərişlərə ehtiyac yoxdur”.

Şərhlər
Dünya bölməsinin xəbərləri