Gəncədə iki qadın intihara cəhd edib

Gəncədə iki qadın ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə Gəncə şəhər sakini, orta məktəbdə müəllimə işləyən, 36 yaşlı Zülfiyyə İmanova ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Təcili görülən tibbi yardım nəticəsində qadını həyatda saxlamaq mümkün olub. Polis əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, Z. İmanova keçmiş həyat yoldaşı məhkəmə tərəfindən təyin edilən alimenti ödəmədiyindən əsəbiləşərək özünü öldürmək məqsədi ilə 18 ədəd dərman həbi qəbul edib.

Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Gəncə şəhər sakini, 22 yaşlı Ulduz Şükürova da ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Araşdırma zamanı məlum olub ki, U. Şükürova ağır xəstəlikdən əziyyət çəkdiyi üçün özünü öldürmək məqsədi ilə sirkə turşusu içib.

Hər iki qadının səhhəti orta ağır qiymətləndirilir.

Faktlarla bağlı Gəncə şəhər Nizami və Kəpəz rayon Polis İdarələrində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri