Almaniya müdafiə sahəsinə daha çox pul xərcləmək niyyətindədir



Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Berlin müdafiə sektorunda “illərlə diqqətsizliyi” kompensasiya etmək niyyətindədir və buna görə də ölkənin hərbi xərcləri artaraq ÜDM-in 3,5 %-nə çata bilər.


Bu barədə “Bloomberg”xəbər verir.


Pistorius vurğulayıb ki, müdafiə sənayesinə maliyyə investisiyaları üçün konkret rəqəmlər Almaniya iqtisadiyyatındakı konkret vəziyyətdən asılı olacaq.


O, həmçinin ÜDM-in 2 %-i olan müdafiə xərclərinə nail olmaq üçün digər NATO ölkələrinin də Berlindən nümunə götürəcəyinə ümid etdiyini bildirib.




Report

Şərhlər
Dünya bölməsinin xəbərləri