"Mardan Palace" rəhbərliyi hoteldə hər hansı toplantının keçirildiyini təkzib edir
- 30.04.2013, 10:23,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Mardan Palace" hoteli kimi hotelçiliklə məşğul olan şirkətlərin heç bir siyasi mənsubiyyəti və məqsədləri olmur. Bizim məqsədimiz insanların xəyal etdikləri tətilləri gerçəkləşdirmək, bunu icra edərkən də din, dil, irq və siyasi düşüncələr olmadan, dünya qardaşlığını əsas tutaraq hərəkət etməkdir. Trend-in məlumatına görə, bunu "Mardan Palace" hotelinin baş direktoru Cumhur Özen deyib.
"Hotelimizlə bağlı dünya mediasında çıxan xəbərləri izlərkən, Azərbaycanda son günlər bəzi internet səhifələrində "Mardan Palace" və sahibi ilə əlaqədar burada bəhs etmək istəmədiyim bəzi yazılar olduğunu gördüm. Bunu qeyd etmək istəyirəm ki, hotelçilikdə heç bir qonağın hoteldə qonaq olması haqqında məlumat mediaya verilmir, lakin bu əsassız şayiələrlə bağlı bir açıqlama ehtiyacı duydum. Dəyərli media nümayəndələri, internet səhifələrində yazılmış tarixlərdə hotelimizdə hər hansı bir səbəblə Azərbaycandan heç bir qonaq olmayıb və heç bir toplantı, ya da görüş keçirilməyib. Ayrıca, Antalyaya birbaşa təyyarə uçuşlarının mayın 19-dan etibarən başlayacağına diqqətinizi çəkmək istəyərdim.
Mövzu ilə bağlı olaraq, media və ictimaiyyətin doğru məlumatlandırılması, çıxan xəbərlərlə əlaqədar "Mardan Palace" hoteli və sahibinin əsassız xəbərlərlə bir əlaqəsinin olmadığını qeyd etməklə bu cür şayiələrə inanmamağı rica edirəm", - o deyib.