2023-cü ildə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Şimal-Cənub dəhlizində daşıdığı tranzit yükləri 2022-ci illə müqayisədə 56,6 % çox olub.
Bu barədə səhmdar cəmiyyətindən xəbər verilir.
Məlumata görə, ən çox daşınan tranzit yüklər mişarlanmış ağaclar, buğda unu, müxtəlif növ yarmalar, mədən suları və alkoqolsuz içkilər, sintetik qatran və plastik kütləsi, divar materialları, sitrus meyvələri olub.