Azərbaycanın neft-qaz sektorunun yaradıcılarından olan polşalı geoloq Vitold Zqlenitski haqqında kitab hazırlanıb



Milli Azərbaycan Tarixi Muzeyində geoloq, “Polşalı Nobel” adlandırılan Vitold Zqlenitski haqqında Azərbaycan və ingilis dillərində kitabın təqdimatı keçirilib.


Ancey Hobunskinin kitabı Azərbaycanda neft-qaz sənayesinin yaradılmasında böyük xidmətləri olan bu polşalı geoloq və ixtiraçının həyatından bəhs edir.


“Bakı neftinin atası” kimi tanınan görkəmli polşalı geoloqun fəaliyyətindən bəhs edən kitabı Azərbaycan dilinə tərcümə edən Azərbaycan Elmlər Akademiyasının əməkdaşı Səttarova öz təşəkkürümü bildirirəm. Zqlenitskinin həyatı və nailiyyətləri yalnız geologiya və dağ-mədən sahəsi ilə bağlı bir qrup mütəxəssisə məlumdur. O, eyni zamanda Bakıdakı Polşa icmasının fəal üzvü və Polşa-Azərbaycan münasibətlərində mühüm fiqur olub”, - Polşanın Azərbaycandakı səfiri Rafal Poborski bildirib. Tədbirde Milli Azərbaycan Tarixi muzeyin direktoru, akademik Nailə Velixanova və Doktor Samir Səttarov Zqlenitskinin həyatı və nailiyyətləri
barədə söz açıblar.


Vitold Zqlenitski polşalı ixtiraçı, geoloq və xeyriyyəçi olub, onun kəşfləri Azərbaycanın qaz-neft sektorunun inkişafına mühüm töhfə vermişdir. Polşa Respublikasının Bakıdakı Səfirliyi, bu şəxsiyyət haqda bilikləri təbliğ etməkçün ona həsr olunmuş və müəllifi Andjey Yan Xodubskinin olduğu "Mədənçi, geoloq Vitold Zqlenitski (1850-1904) "Polşalı Nobel" adlı kitabını Azərbaycanda nəşr etmək qərarına gəldi. Milli Azərbaycan Tarixi Muzeyinin Direktorunun dəstəyi sayəsində bu kitabın təqdimatı muzeyin binasında, dəvət olunmuş qonaqların iştirakı ilə baş tutdu.

Vitold Zqlenitski Varşava İqtisadiyyat Məktəbinin riyaziyyat-fizika fakültəsinin və Sankt-Peterburqdakı Mədən İnstitutunun məzunu olub. Əvvəlcə o, Polşada mühəndis işləyib, lakin onun peşəkar həyatının əhəmiyyətli hissəsi Bakı ilə bağlı olub - 1891-ci ildən ölümünə qədər burada çalışıb.


V. Zqlenitski neftin çıxarılması üsullarının modernləşdirilməsi ilə məşğul olmuş və onun dəniz dibindən çıxarılması ideyasını irəli sürmüşdür. O, təkcə qazma platforması konsepsiyasını deyil, həm də qazma işini asanlaşdırmaq üçün bir sıra ixtiralar, məsələn, neft quyularının əyriliyini ölçmək üçün cihaz və valları daha sürətli və daha böyük dərinliklərə qazmağa imkan verən texniki həllər hazırlamışdır. V. Zqlenitski bugünkü Azərbaycan ərazisində və Xəzər dənizinin dibində karbohidrogen ehtiyatlarının bolluğunun müəyyən edilməsi ilə də məşğul olmuşdur. Onu “Bakı neftinin atası” adlandırmaq olar, çünki onun geoloji fəaliyyəti və ixtiraları bu şəhərdə neft sənayesinin çiçəklənməsinə böyük töhfə verib.


V. Zqlenitskinin ictimai fəaliyyətini də xatırlanmağa dəyər. Məsələn Bakıda su qurğularının tikintisində və ilk Roma Katolik Kilsəsinin tikintisinin birgə maliyyələşdirilməsində (ölümündən sonra - miras vəsiyyəti ilə) iştirak edirdi. V. Zqlenitski öz vəsiyyətində neft yataqlarından əldə etdiyi gəliri elmin və xeyriyyəçiliyin inkişafına ayırıb. Vəsiyyətnamənin müddəalarının həyata keçirilməsi I Dünya Müharibəsinin başlaması ilə dayandırıldı. Rusiyada 1917-ci il inqilabından sonra V. Zqlenitskinin vəsiyyətini yerinə yetirən fond ona verilmiş neftli sahələri istismar etmək hüququndan məhrum edildi (özgəninkiləşdirmə kompensasiya edilmədən həyata keçirilirdi).
V. Zqlenitski Azərbaycanda vəfat edib, lakin cənazəsi Polşaya aparılıb - o, Wola Kielpinska qəbiristanlığında dəfn olunub.



Günel Həsənova



Şərhlər