Paşinyan: Berlində Bakı ilə sülh sazişi üzrə irəliləyiş əldə olunacağına ümid edirəm


Baş nazir Nikol Paşinyan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin fevralın 28-29-da Berlində baş tutacaq danışıqlarda sülh sazişi üzrə irəliləyişə nail olunacağına ümidvardır.


Bu barədə o, Afinada yunan həmkarı Kiriakos Miçotakislə görüşündə bildirib.


“Bilirsiniz ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN başçılarının daha bir görüşü gözlənilir. Ümid edirəm ki, bu görüş nəticəsində irəliləyiş əldə olunacaq”, - o vurğulayıb.



Report

Şərhlər
Siyasət bölməsinin xəbərləri