Ekologiya və Təbii Sərvətlər Nazirliyi tranzit çaylarda vəziyyəti açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tranzit çaylarda vəziyyəti açıqlayıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Tranzit çaylarda hazırki vəziyyəti açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-110, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında 40-60, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.

Avqustun 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 90,0 m3/s, ongünlük normanın 108 faizini təşkil edir. Avqustun 30-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 72 m3/s olmaqla, ongünlük normanın 105 faizini təşkil edir. Avqustun 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm, Şirvanda 3 sm, Bankədə 8 sm, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma olub, Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 340 sm (2012-ci il avqustun 30-da 333 sm), Şirvanda 195 sm (2012-ci il avqustun 30-da 202 sm ), Salyanda 135 sm (2012-ci il avqustun 30-da 140 sm ), Bankədə 213 sm (2012-ci il avqustun 30-da 221 sm), Araz çayının Novruzlu məntəqəsində isə 61 sm (2012-ci il avqustun 30-da 117 sm) təşkil edir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri