Ukrayna Prezidenti Volodimir Zelenskinin 10 maddəlik sülh təklifini dəstəkləyirəm.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna-Cənub-Şərqi Avropa Sammitinə videomüraciətində deyib.
O bildirib ki, Türkiyə Rusiya və Ukrayna arasında növbəti görüşə ev sahibliyi etməyə hazırdır: “Şərqi Avropadakı savaşın ədalətli və dayanıqlı sülhlə başa çatması üçün çalışırıq. Bunun üçün diplomatiya və dialoqa şans verilməlidir”.
R.T.Ərdoğan söyləyib ki, bütün cəhdlərə rəğmən, Ukraynadakı müharibənin dayandırılması ilə bağlı lazımi nəticə əldə olunmayıb: "Sülh üçün tərəflərin bir araya gətirilməsinə ehtiyac var".
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb.
Report