Paşinyan: Ermənistan KTMT-dəki fəaliyyətini de-yure də dayandıra bilər

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilindəki fəaliyyətini de-yure də dayandıra bilər.


Bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.


O, İrəvanın qurum daxilindəki fəaliyyətinin faktiki olaraq dondurulduğunu diqqətə çatdırıb: “Əgər məsələlər həllini tapmasa, de-yure olaraq da bunu edəcəyik”.


Hökumət başçısının sözlərinə görə, KTMT ilə münasibətlərin dondurulması həm də Ermənistanın qurum daxilindəki nümayəndəsinin olmaması deməkdir.


Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan daha əvvəl söyləmişdi ki, rəsmi İrəvan KTMT-də iştirakını dondurub. Rəsmi Moskva isə bununla bağlı Ermənistandan izahat tələb etmişdi.




Report

Şərhlər
Dünya bölməsinin xəbərləri