Kürdəmirdə qadına hədə-qorxu gələrək onun küllü miqdarda pulunu və qızıl-zinyət əşyalarını alan maskalı şəxslər tutulub

Kürdəmir rayonunda quldurluq hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə hadisə avqustun 18-də Kürdəmir şəhərinin Elşən Mikayılov küçəsində qeydə alınıb. Gecə saat 4:00 radələrində 2 naməlum şəxs tanınmamaq üçün başlarına maska keçirərək şəhər sakini Talıbova Vəzifə Əli qızına məxsus evə daxil olublar. Bıçaqla qadına hədə-qorxu gələn quldurlar onun əl-ayağını bağlayıblar. Quldurlar evdən qızıl-zinət əşyaları və pul oğurlayaraq aradan çıxıblar.

Hadisə ilə bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb və hadisəni törədən şəxslərin axtarışına başlanılıb. Cinayəti törətməkdə təqsirli bilinən Kürdəmir rayon sakinləri Sadıq Sadıqov və Xəyal Hüseynov adlı şəxslər saxlanıb. İstintaq zamanı məlum olub ki, quldurlar mənzildən 3555 AZN və 4000 ABŞ dolları pul, eyni zamanda ümumi dəyəri 5113 manat olan xeyli miqdarda qızıl-zinət əşyaları talayıblar. Cinayətkarlar əməllərini etiraf ediblər. Qeyd edək ki, saxlanılan şəxslərdən Sadıqov Sadıq əvvəllər məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri