Bakıda yaxın 5-7 ildə 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır



"Bakı Metropoliteni" QSC-nin davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və qurumun Müşahidə Şurası onu təsdiq edib.


Bunu Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov bu gün metroda keçirilən "Dəyişməyən dəyərlər, dəyişən imkanlar" mövzusunda panel konfransında bildirib.


"Planda minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metrostansiyanın tikintisi layihəsinə üstünlük verilib. 2022-ci ildən metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat vəsait ayrılıb", - deyə o əlavə edib.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri