Hadise Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib


Türkiyəli tanınmış müğənni Hadise Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib.
"Mega Müzik" şirkətinin təşkil etdiyi konsert 1 mart Bakı Konqress Mərkəzində baş tutub.

Səhnədə fərqli obrazlara üstünlük verən Hadise paytaxtımızda da özünəməxsus tərzi ilə diqqət çəkib. Repertuarında yer alan hit mahnıları ifa edən Hadise onu dinləməyə gələn tamaşaçılara unudulmaz anlar yaşadıb. Müğənni konserti "Aşk Kaç Beden Giyer?" mahnısı ilə açdı.İfaçı konserti zamanı “Şampiyon”, “Prenses”, “Yaz günü”, "Kahraman", “Sıfır tolerans”, “Küçük bir yol”, “Düm tek tek”və “Stir me up” kimi sevilən hitlərini səsləndirib. Səhnədə müğənnini musiqiçilər və rəqqaslardan ibarət qrup müşayiət edib.


Gecədə şousu və rəqsi ilə diqqət çəkən Hadise tamamilə qırmızı rəngdən istifadə edib.
Hadise Azərbaycana hər gəlişində səmimi və mehriban qarşılandığını, azərbaycanlı fanatlarından hər zaman böyük sevgi gördüyünü etiraf edib:
"Bu gecə Bakıda unudulmaz konsertə imza atacağıq. Bütün biletlərin satıldığını öyrənəndə çox xoşbəxt oldum. Sizi çox sevirəm".Müğənni bildirib ki, Bakı Konqress Mərkəzində 4-cü dəfə çıxış edib və bu məkanı çox beyənir.

Pərəstişkarı Hadiseni izdihamla qarşılayıb. Konsert anşlaqla keçib və hamının zövgünə oxşayıb.




Şərhlər
Şou-biznes bölməsinin xəbərləri