SOCAR Türkiyənin iki şəhərinə yatırılan investisiyaların həcmini açıqlayıb



Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki “SOCAR Türkiyə” törəmə şirkəti Kayseri və Bursa şəhərlərinin qazlaşdırılmasına 4 ildə 170 milyon ABŞ dolları həcmində investisiya yatırıb.


Bu barədə “SOCAR Türkiyə”nin Təbii Qaz Biznes Bölməsinin rəhbəri Fuad İbrahimov bildirib.


Onun sözlərinə görə, bu investisiyalar 2019-2023-cü illər ərzində “Kayserigaz” və “Bursagaz” şirkətlərinin fəaliyyətinə yatırılıb.


O qeyd edib ki, 4 ildə “Bursagaz” ve Kayserigaz” ümumi abonentlərinin sayı 1,9 milyona çatıb: “Bu abonentlərin 1,2 milyonu “Bursagaz”ın payına düşüb ki, bununla da şirkət abonent sayına görə 4-cü ən böyük qazpaylayıcı şirkətidir. Bursa şəhərinin 11 rayonunda şirkətin qaz şəbəkəsinin uzunluğu 7 561 kilometrə çatıb”.


F.İbrahimov həmçinin bildirib ki, “Kayserigaz” şirkətinin ümumi abonentlərinin sayı 700 minə çatıb: “Kayseridə qaz şəbəkəsinin ümumi uzunluğu isə 6 675 kilometr təşkil edib. Yeni yatırımlarımızla abonentlərin sayı artacaq”.


Bursa və Kayserinin Türkiyənin ən məşhur şəhərlərindən ikisi olduğuna diqqət çəkən F. İbrahimov deyib ki, SOCAR bu istiqamətdə şəbəkə sərmayələrini intensiv şəkildə davam etdirir və abunəçilərinin sayını günü-gündən artırır: “Bursagaz” və “Kayserigaz” birlikdə 2024-cü ilin sonuna qədər qaz şəbəkəsinin uzunluğunu 14 770 kilometrə çatacağını təxmin edirik”.


Qeyd edək ki, Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisəsi “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”un “SOCAR Turkey Enerji A.Ş.”yə satışı tamamlanıb. Bu şirkətlərin satınalma sənədləri həmin 2019-cu ilin yanvar ayında imzalanıb.


“SOCAR Turkey Enerji A.Ş” Almaniyanın EWE şirkətindən satın aldığı şirkətlərin idarəçiliyi üçün “SOCAR Türkiye Doğal Gaz Yatırım AŞ” şirkətini təsis edib.




Report

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri