Ötən il 16 ceyran, 66 şahin quşu təbiətə buraxılıb

2023-cü ildə nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərin populasiyasının bərpası məqsədilə ceyran, zubr, hind tirəndazı, bezoar keçisi və şahin qızılquşunun reintroduksiya (ölkə ərazisində tələf edilmiş heyvanın yenidən gətirilib təbiətə buraxılması) həyata keçirilib.


Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.


Qeyd olunub ki, bu məqsədlə keçirilən tədbirlər çərçivəsində 16 baş ceyran Samux rayonu ərazisinə buraxılıb. Bundan başqa, ölkəyə 10 baş zubr gətirilib və Şahdağ Milli Parkındakı zubrların ümumi sayı təbii bərpa ilə birlikdə 61 başa çatdırılıb.


Həmçinin Qətərdən gətirilən 66 ədəd şahin quşu Hacıqabul, Siyəzən, Şabran və Laçında təbiətə buraxılıb.


Bakı Zooparkından götürülən 7 baş hind tirəndazı Hirkan Milli Parkına, 3 baş bezoar keçisi fərdləri Naxçıvandan gətirilərək İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə aparılıb.



Report

Şərhlər
Sosial bölməsinin xəbərləri