Avropa Liqasının püşkü atıldı
- 31.08.2013, 00:19,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Avroliqada qrup mərhələsinin püşkü atılıb. Live.az-ın məlumatına görə, püşkatma nəticəsində 48 komanda 12 qrupa bölünüb.
Qrup mərhələsində Ruslan Abışovun komandası “Rubin” D qrupunda mübarizə aparacaq. Onun rəqibləri “Uiqan Atletik”, “Maribor” və “Zulte-Vareqem” olub.
“Fənərbaxça” və “Beşiktaş”ın uzaqlaşdırılması ilə Türkiyənin bu turnirdə yeganə təmsilçisi olan “Trabzonspor” isə “Latsio”, “Legiya” və “Apollon” komandaları ilə mübarizə aparacaq.
“Xəzər Lənkəran”a tarixinin ən acı məğlubiyyətini yaşadan Hayfa “Makkabi”si “AZ Alkmaar”, PAOK və Karaqanda “Şaxtyor”u ilə bir qrupda yer alıb.
“Qarabağ”ı son anda qrupa düşməyə qoymayan Frankfurt “Ayntraxt”ı “Bordo”, APOEL və Təl-Əviv “Makkabi”si ilə düşüb. “İnter”i Avroliqanın II təsnifat mərhələsindən kənarlaşdıran “Tromse” isə “Tottenhem Hotspur”, “Anji” və “Şerif”lə düşüb.
A qrupu"Valensiya" (İspaniya)
"Suonsi" (İngiltərə)
"Kuban" (Rusiya)
"Sent Qallen" (İsveçrə)
B qrupuPSV (Hollandiya)
"Dinamo" (Zaqreb, Xorvatiya)
"Çernomorets" (Ukrayna)
"Ludoqorets" (Bolqarıstan)
C qrupu"Standard" (Belçika)
"Zalsburq" (Avstriya)
"Elfsborq" (İsveç)
"Esbyerq " (Danimarka)
D qrupu"Rubin" (Kazan, Rusiya)
"Viqan" (İngiltərə)
"Maribor" (Sloveniya)
"Zulte Vareqem" (Belçika)
E qrupu"Fiorentina" (İtaliya)
"Dnepr" (Ukrayna)
"Pakos de Fereyra" (Portuqaliya)
"Panduri" (Rumıniya)
F qrupu"Bordo" (Fransa)
APOEL (Kipr)
"Ayntraxt" (Almaniya)
"Makkabi" (Təl-Əviv, İsrail)
G qrupu"Dinamo" (Kiyev, Ukrayna)
"Genk" (Belçika)
"Rapid" (Avstriya)
"Tyun" (İsveçrə)
H qrupu "Sevilya" (İspaniya)
"Frayburq" (Almaniya)
"Eştoril" (Portuqaliya)
"Slovan" (Çexiya)
İ qrupu"Lion" (Fransa)
"Betis" (İspaniya)
"Gimaraynş" (Portuqaliya)
"Riyeka" (Xorvatiya)
J qrupu"Latsio" (İtaliya)
"Trabzonspor" (Türkiyə)
"Legiya" (Polşa)
"Apollon" (Kipr)
K qrupu"Tottenhem" (İngiltərə)
"Anji" (Rusiya)
"Şerif" (Moldova)
“Tromse” (Norveç)
L qrupu“Alkmaar” (Hollandiya)
PAOK (Yunanıstan)
"Makkabi" (Hayfa, İsrail)
"Şaxtyor" (Qazaxıstan).