Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasında İspaniya təmsilçisi "Real"ın sabiq qolkiperi İker Kasilyasa məxsus rekordu yeniləyib.
37 yaşlı Noyer buna meydana çıxdığı 136 görüşün 57-də qapısını toxunulmaz saxlamaqla nail olub.
Karyerasını bitirən İker Kasilyas isə bu nəticəyə 177 oyunda imza atıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 finalının cavab oyununda Manuel Noyerin start heyətində yer aldığı "Bavariya" Almaniyada "Latsio"nu 3:0 hesabı ilə üstələməklə 1/4 finala adlayıb.
Report