Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
Bu barədə Türkiyənin diplomatik mənbələrindən məlumat verilib.
Məlumata əsasən, H.Fidan ilə C.Sallivan arasında keçirilən görüşdə Azərbaycan-Ermənistan sülh prosesi də müzakirə olunub.
Bildirilib ki, sülh prosesində əldə olunacaq irəliləyiş Qafqazın çiçəklənməsi üçün həlledici olacaq.