“Bavariya” Superkubokun qalibi oldu

“Bavariya” Superkubokun qalibi oldu Bu gün UEFA Superkuboku uğrunda oyun keçirilib.


Live.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, Çexiyanın paytaxtı Praqada baş tutan qarşılaşmada Almaniyanın “Bavariya” və İngiltərənin “Çelsi” klubları görüşüb.

Erkən qolla məğlub duruma düşən “Bavariya” 47-ci dəqiqədə Riberi ilə hesabı bərabərləşdirə bilib. 90 dəqiqəsi 1:1 bərabərliklə başa çatan oyunda əlavə vaxt élan olunub. Münhen klubu əlavə vaxta da məğlub başlasa da, sonuncu dəqiqədə yenə hesabı bərabərləşdirib – 2:2. Qalib müəyyənləşmədiyinə görə, tərəflər penaltilərə üz tutub. Penaltilər seriyasında daha dəqiq oynayan Pep Qvardiolanın yetirmələri qalib gəliblər.

Bununla da Tarixində 4-cü dəfə bu mükafat uğrunda oynayan Münhen təmsilçisi indiyədək qazana bilmədiyi kuboku əldə edib.

Qeyd edək ki, “Eden” stadionundakı matçın UEFA nümayəndəsi AFFA-nın baş katibi Elxan Məmmədov olub.


_________


Tarixində 4-cü dəfə bu mükafat uğrunda oynayacaq Münhen təmsilçisi indiyədək qazana bilmədiyi kuboku əldə etməyə çalışacaq. Ardıcıl 2 il Çempionlar Liqasının finalında oynayan, bu ilin mayında kuboku qazandıqdan sonra Yupp Haynkeslə yollarını ayıran “Bavariya” ispaniyalı Xosep Qvardiolanın rəhbərliyi altında ilk beynəlxalq oyununa çıxacaq.


Ötən il Çempionlar Liqasının finalında bugünkü rəqibini məğlub edən, 3 ay əvvəl isə Avropa Liqasında zəfər çalan “Çelsi” isə artıq 1 dəfə Superkubopku qazanıb. 1998-ci ildəki uğurunu təkrarlamağa çalışacaq London təmsilçisi ötən il Monakoda əldə edə bilmədiyi mükafatı yenidən kluba qayıdan Joze Mourinyonun rəhbərliyi altında qazanmaq iddiasındadır.


UEFA Superkuboku
30 avqust

“Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) - 2:2 (penaltilər - 5:4)
QOL: Riberi, 47, Martines, 120 - Torres, 8, Hazard, 93
Qırmızı vərəqə Ramires, 85 (“Çelsi”)
Baş hakim: Yonas eriksson (İsveç)
Praqa. “Eden” stadionu

D. Alaba+
D. Luis+

T. Kros+
Oskar+

F. Lam+
F. Lampard+

F. Riberi+
E. Kol+

Şaqiri+
Lukaku-
Şərhlər
İdman bölməsinin xəbərləri