Avropa Liqası: "Qarabağ" Bakıda "Bayer 04"lə heç-heçə edib



"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.


Live.az xəbər verir ki, bizim komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib.


Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.


26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.


Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə isə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.


Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

Şərhlər
İdman bölməsinin xəbərləri