Ermənistanın baş naziri Nikol Paşinyan avqust ayında Rusiya sərhədçilərinin İrəvanda "Zvartnots" aeroportunu tərk edəcəyini bəyan edib.
N.Paşinyanın sözlərinə görə, bu siyasi deyil, işgüzar prosesdir.
"Biz Rusiya tərəfini qəbul edilən qərarla bağlı məlumatlandırmışıq. Avqustun 1-dən "Zvartnots" aeroportunda erməni sərhədçilər fəaliyyətə başlayacaq", - N.Paşinyan deyib.
Report, TASS