Lui Bono Bakıda İrəvanla sülh sazişinin əldə edilməsi səylərini müzakirə edəcək

ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Azərbaycana səfər edəcək.


Lui Bono Cənubi Qafqaz regionuna səfəri zamanı Azərbaycan rəsmiləri ilə görüşərək Bakı və İrəvan arasında dayanıqlı sülh sazişinin əldə edilməsi səylərini müzakirə edəcək.


Qeyd edək ki, L.Bono bu gün İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Görüş zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələləri müzakirə olunub.



Report

Şərhlər
Siyasət bölməsinin xəbərləri