Haaqada “Middle Corridor” layihəsinin təqdimatı keçirilib



Haaqada bu gün Azərbaycan, Gürcüstan və Qazaxıstan səfirliklərinin təşəbbüsü və Niderlandın Sahibkarlar Assosiasiyasının dəstəyi ilə “Orta Dəhliz” layihəsinin təqdim olunduğu vebinar keçirilib.


 Niderlandın 30-dan çox şirkəti, Dünya Bankının nümayəndələri, Azərbaycan, Gürcüstan və Qazaxıstanın Haaqadakı səfirliklərinin əməkdaşları, “Port of Baku” və Qazaxıstan Dəmir Yolunun rəhbərlərinin də qatıldığı onlayn görüşün iştirakçıları, bu layihənin gedişatını, eləcə də onun müxtəlif iqtisadi, maliyyə və siyasi aspektlərini müzakirə ediblər.


Ötən ilin oktyabrında Haaqada keçirilən “Middle Corridor: New Horizons for Europe” konfransından sonra bu görüş Azərbaycan, Qazaxıstan və Gürcüstanın Niderlanddakı səfirlərinin təşəbbüsü ilə Haaqada yaradılmış “Orta Dəhliz Ölkələrinin Səfirlər Qrupu” tərəfindən həyata keçirilən “Orta Dəhliz” layihəsinin Niderlandın iqtisadi, maliyyə və siyasi dairələrində təşviqi üçün daha bir mühüm hadisə olub.


Gələcəkdə Niderland parlamentinin hər iki palatasında, hökumət dairələrində, ölkədəki iri və orta biznes assosiasiyalarında oxşar təqdimatların keçirilməsi nəzərdə tutulur.




Report

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri