UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cütləri müəyyənləşib

  • 15.03.2024, 18:13,
  • ---
  • 0



UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cütləri müəyyənləşib.


Live.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində həmçinin yarımfinal və finalda qarşılaşacaq potensial rəqiblər bəlli olub.


1/4 final:


“Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya)


“Atletiko” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)


“Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə)


PSJ (Fransa) - “Barselona” (İspaniya)


Yarımfinal:


“Atletiko” - “Borussiya” cütünün qalibi / PSJ - “Barselona” cütünün qalibi


“Arsenal” - “Bavariya” cütünün qalibi / “Real” - “Mançester Siti” cütünün qalibi


Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 9-10-da və 16-17-də, yarımfinalın matçları isə 30 aprel – 1 may və 7-8 may tarixlərində oynanılacaq. Final qarşılaşması iyunun 1-də Londonun “Uembli” stadionunda baş tutacaq.

Şərhlər