UEFA Avropa Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb



UEFA Avropa Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.


LIVE.az-ın məlumatına görə, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub.


Bu raundda İtaliya dueli reallaşacaq. Belə ki, “Milan”la “Roma” yarımfinala vəsiqə uğrunda qarşılaşacaqlar. 1/8 finalda “Qarabağ”ı üstələyən Almaniya klubu “Bayer 04”ün də növbəti rəqibi bəlli olub.


1/4 final


“Milan” (İtaliya) - “Roma” (İtaliya)


“Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya)


“Bayer 04” (Almaniya) - “Vest Hem” (İngiltərə)


“Benfika” (Portuqaliya) - “Marsel” (Fransa)


Yarımfinal


“Benfika” - “Marsel” cütünün qalibi / “Liverpul” – “Atalanta” cütünün qalibi


“Milan” - “Roma” cütünün qalibi / “Bayer 04” - “Vest Hem” cütünün qalibi


Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də Dublindəki “Aviva” stadionunda olacaq.

Şərhlər
İdman bölməsinin xəbərləri