Dünyanın ən çirkli havası olan şəhər və paytaxtın adı açıqlanıb

Dünyanın ən çirkli havasına malik şəhər və paytaxtın adı açıqlanıb.


Bu barədə İsveçrənin IQAir təşkilatının hazırladığı 2023-cü il üçün dünya havasının keyfiyyəti ilə bağlı araşdırmada deyilir.


Qeyd olunub ki, dünyanın ən çirkli havasına malik paytaxt Dehli, ən çirki havası olan şəhəri isə Hindistanın Bequsaray şəhəridir. Araşdırmada qeyd olunub ki, 2018-ci ildən bəri Hindistan paytaxtı dörd dəfə dünyanın ən çirkli paytaxtı seçilib.


Atmosferin bu dərəcədə çirklənmə səviyyəsində tənəffüs yolları xəstə olan insanların respirator taxmaları, qapalı məkanlarda pəncərələri bağlamağı və hava təmizləyən qurğulardan istifadə etmələri, həmçinin açıq havada idmanla məşğul olmaqdan çəkinmələri tövsiyə olunur.



Report

Şərhlər
Dünya bölməsinin xəbərləri