Tolik: "Hafiz, kül olsun sənin kişi başına"

Tolik: "Hafiz, kül olsun sənin kişi başına" Prodüsser Tolik Hafiz Hacıyevlə bağlı açıqlama verib. Həmin açıqlamanı olduğu kimi təqdim edirik:

“Günah onda deyil. Əgər indi partiya sədri çıxıb müğənniyə söz atırsa, saytları qınamıram. Bu, onların uğursuz siyasətini nəticəsidir. Gündəmdə qalmaq istəyirlər. Camaat artıq siyasətə inanmır. Müsavat partiyasının sədridi nədi o Hafiz? Çox istərdim ki, səsimi yazasınız (dediyi kimi də eləmişik zatən) və olduğu kimi verəsiniz. Müasir Müsavat partiyasından onu çıxarsalar, daha yaxşı olar. Bu adam müsahibə verir. Görün nə deyir? Deyir ki, şou nümayəndələri hər yerdə at oynadır (Hafiz Hacıyevin digər bir saytda verdiyi açıqlamanı oxuyur). Belələrinin dalında dayanan imkanlı şəxslərin çoxu məmurdur. Onlara paçka-paçka pul xərcləyir. Hansı müğənninin hansı məmurun saxladığını bilirəm…

Mənim adımdan yazın ki, Hafiz, kül olsun sənin kişi başına. Sən nə bilirsən kim kimin yatağına girib? Hafiz, şam tutmusan? Zəhmət olmasa belə də yazın. Hansısa müğənninin kiminlə yatdığını bilmək üçün ya şam tutmaq lazımdır. Ya da o müğənnini həmin adamla tanış edib ki, bunu sübut eləyə bilər. Bunları bilməkdən ötrü ya mamaroza, ya da şamtutan olmaq lazımdır. Çünki kişi ilə arvad sevişəndə (dediyi kimi yazmırıq) onların yanında üçüncü adam olmur. Əgər olubsa, bu, Hafizin özüdür. Qoy məni versin məhkəməyə. Görüm o məni məhkəməyə verib nə edəcək.

Deyir məmurların adını çəkəcək. Bu kişinin pulu qurtarıb… İstəyir ki, həmin məmurlar pul verib bunun ağzını yumsunlar. Təsəvvür edin, siyasətlə məşğul olan partiyanın sədri şou biznes adamlarına söz atmaqla gündəmdə qalmaq istəyir. Ona görə də Müsavat mitinqə 40 nəfərlə çıxır…”


ANS
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri