Avqustda Bakıda 6 ilan vurma , 21 həşərat sancma, 12 sudaboğulma, 5 günvurma hadisəsi qeydə alınıb
- 31.08.2013, 19:15,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası bu ilin avqust ayı ərzində paytaxtda qeydə alınan hadisələrin statistikasını açıqlayıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, bu ilin avqust ayı ərzində Bakıda 6 nəfəri ilan sancıb. Bu şəxslərin hamısı xəstəxanaya yerləşdirilib.
O. Şahmalıyev əlavə edib ki, bu ay ərzində Bakıda 21 nəfəri həşərat sancıb: “Onlardan 14-ə ilkin tibbi yardım göstərilib, 7 nəfəri xəstəxanaya yerləşdirilib. Digər hadisələrə gəlincə, bu ay ərzində 12 suda boğulma hadisəsi qeydə alınıb. Nəticədə 7 nəfər ölüb, 3 nəfər xəstəxanaya çatdırılıb, digər 2 nəfərə isə ilkin tibbi yardım göstərilib. Avqust ayında 5 günvurma hadisəsi qeydə alınıb. Onlardan 1-ə ilkin tibbi yardım göstərilib, 4-ü isə xəstəxanaya çatdırılıb”.