Sepah: İsrailin konsulluğa endirdiyi zərbə nəticəsində 7 nəfər həlak olub



İsrailin İranın Dəməşqdəki konsulluğuna endirdiyi raket zərbələri nəticəsində 7 nəfər həlak olub.


Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.


Ölənlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) briqada generalı Məhəmməd Rza Zahedi və general Məhəmməd Hadi Hacı Rəhimi də var.


/// 


İsrailin Suriyanın paytaxtında İran konsulluğuna endirdiyi hava zərbəsi nəticəsində azı 5 nəfər həlak olub.


"Report" IRIB telekanalına istinadən xəbər verir ki, bunu İslam Respublikasının Dəməşqdəki səfiri Hüseyn Əkbəri deyib.


Əkbəri təsdiqləyib ki, hücum binada olan iranlı diplomatların və hərbi müşavirlərin ölümünə səbəb ola bilər.


İranın dövlət televiziya kanalı "Press TV"nin məlumatına görə, hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Məhəmməd Rza Zahedi və onun müavini həlak olub. Zahedi 2007-ci ildə Tehranın nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının sanksiyalar tətbiq etdiyi şəxslər siyahısındadır. Zahedi 2005-2008-ci illərdə İran İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinin komandanı, 2008-2016-cı illərdə isə Əl-Qüds qüvvələrinin Livan və Suriyadakı bölmələrinə komandanlıq edib.

Şərhlər
Dünya bölməsinin xəbərləri