ABŞ-nin Nyu-Cersi ştatında 4,8 maqnitudada zəlzələ baş verib.
Zəlzələ yerli saatla səhər saat 10:20-də baş verib.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Nyu-Yorkdan 40 mil qərbdə, Nyu-Cersi ştatında "Whitehouse Station" yaxınlığında qeydə alınıb.
Bildirilib ki, itki və dağıntılar barədə məlumat daxil olmayıb.