Türkiyə Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanında olacaq.
Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirliyin yüksək rütbəli rəsmiləri ilə birlikdə Şanlıurfaya sərəfində deyib.
O bildirib ki, Türkiyə digər dost və qardaş ölkələr kimi, Azərbaycanın da haqlı mübarizəsinə dəstək verməyə davam edəcək: “Regional və beynəlxalq təhlükəsizliyə, sülhə töhfə verməkdəyik”.
Y.Gülər söyləyib ki, Türkiyə Qarabağ probleminin həlli üçün ciddi səylər ortaya qoyub: “Biz, həmçinin Liviyadakı, Ukraynadakı problemlərin həlli üçün də çalışırıq”.
Report