Türkiyədən Azərbaycana gizlədilmiş yolla qızıl gətirilməsi aşkarlanıb
- 01.09.2013, 03:25,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədən Azərbaycana gizlədilmiş yolla qızıl gətirilməsi aşkarlanıb.
Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Türkiyədən gələn Azərbaycan vətəndaşı Şamama Məmmədovaya gömrük nəzarətinin həyata keçirilməsi üçün gömrük bəyannaməsi təqdim olunub. Ş. Məmmədova gömrük bəyannaməsində ona məxsus 100 qram qızıl olduğunu göstərib və ümumi çəkisi 100 qram olan 9 ədəd üzüyü və 8 dəst tana-üzüyü gömrük nəzarətinə təqdim edib. Lakin Ş. Məmmədovanın üzərində TMD-2 markalı stasionar metal detektoru ilə keçirilmiş yoxlama zamanı onun gizlətdiyi, eləcə də gömrük bəyannaməsində göstərmədiyi sarı metaldan hazırlanmış, ümumi çəkisi təxminən 553 qram olan - 12 ədəd üzük, 6 ədəd kulon, 28 cüt tana, 23 ədəd bilərzik, 2 ədəd sancaq və 24 ədəd boyunbağı aşkar edilib.