“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib




Bu il Azərbaycanda nominal ümumi daxili məhsul (ÜDM) istehsalı 129,34 milyard manata və ya 76,08 milyard ABŞ dollarına çatacağı gözlənilir.


Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib. Real ifadədə ÜDM artımı 1,5 % səviyyəsində proqnozlaşdırılır.


Reytinq agentliyinin proqnozlarına görə, 2024-cü ilin sonuna Azərbaycanda adambaşına düşən ÜDM-nin 7 364,82 ABŞ dollarına yüksələcək. Bu göstəricinin real artımı 0,5 % səviyyəsində proqnozlaşdırır.


"S&P"nin inflyasiya ilə bağlı gözləntilələri 3,5 % səviyyəsindədir.


Bundan başqa, bu il Azərbaycanda investisiya qoyuluşları 15,84 % artaraq ÜDM-in 3 %-nə çatacağı gözlənilir.


Azərbaycan hökuməti 2024-cü il üçün ÜDM artımını 2,4 % (2023-cü ildəki 1,1 %-ə qarşı), orta illik inflyasiyanı isə 5,3 % (8,8 %) səviyyəsində proqnozlaşdırır.





Report

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri